Cari hesabın profisiti daxili valyuta bazarında sabitliyi dəstəkləyən əsas faktordur.
"Fins.az" xəbər verir ki,bu barədə Mərkəzi bankın açıqlamasında məlumat verilib.
Məlumatda bildilir ki,proqnozlara görə 2022-ci ilin yekunu ilə yanaşı 2023-cü ildə cari əməliyyatlar hesabında iri həcmli profisit gözlənilir. Beynəlxalq maliyyə-kredit təşkilatları da növbəti ilə Azərbaycanın tədiyə balansının profisitli olacağını proqnozlaşdırırlar.
Profisitli tədiyə balansı şəraitində 2022-ci ilin 9 ayında strateji valyuta ehtiyatları 3.5% və ya 1.8 mlrd. ABŞ dolları artaraq 55.1 mlrd. ABŞ dollarına yüksəlmişdir. Bu, 35 ay üzrə mal və xidmət idxalını maliyyələşdirməyə kifayətdir.
Cari hesabın profisiti daxili valyuta bazarında sabitliyi dəstəkləyən əsas faktordur. Hərraclarda Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) valyuta satışları üzrə qənaətin və Mərkəzi Bankın valyuta bazarına alışyönlü müdaxilələrinin həcmi valyuta bazarında təklifin əhəmiyyətli genişləndiyini göstərir. ARDNF-nin valyuta satışları üzrə qənaətin məbləği 27.10.2022-ci il tarixə 820.8 mln. ABŞ dolları olmuşdur. Mərkəzi Bankın valyuta bazarına alışyönlü müdaxilələrinin həcmi bu tarixə 967.1 mln. ABŞ dolları təşkil etmişdir.