BANK

28 Oktyabr

Mərkəzi Bank: İlin sonuna pul təklifinin artım proqnozu azaldılıb

Yeni çeşiddə sterilizasiya əməliyyatlarının aktivləşməsi və büdcənin profisitli olması ilə əlaqədar olaraq ilin sonuna pul təklifinin artım proqnozu azaldılıb. 

"Fins.az" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, yüksək iqtisadi aktivlik şəraitində kreditlərə tələb də yüksək olaraq qalır. 2022-ci ilin sentyabr ayında banklar və qeyri-bank kredit təşkilatları üzrə kredit qoyuluşları əvvəlki aya nəzərən 3%, ilin əvvəlinə nəzərən 15.1%, ötən ilin eyni ayına nəzərən isə 23.5% artıb.

2022-ci il ərzində verilmiş pul siyasəti qərarlarının iqtisadiyyata təsirləri cari ilin qalan dövründə və 2023-cü ildə də özünü göstərəcək.