Bu il oktyabrın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 43 633,4 milyon manat təşkil edib.
"Fins.az" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayımlayıb.
Məlumata görə, bu ötən il oktyabrın 1-i ilə müqayisədə 26,4 % çoxdur.
Dövr ərzində bankların öhdəlikləri 29,1% artaraq 38 288,3 milyon manata, balans kapitalı isə 9,7% artaraq 5 345,1 milyon manata çatıb.