"Azərbaycan Mərkəzi Bankının bu ilin iyul ayında ABB-nin valyuta mövqeyinin tənzimlənməsi məqsədi ilə ona satdığı 236 milyon ABŞ dolları bir aya geri qaytarılıb”.
"Fins.az" xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, bu banklar ötən dövrlərdən müəyyən çətinliklər qalmşdı, odur ki, onlara valyuta satışı ilə bağlı qərar verdik və geri qaytarılması üçün 2 ay vaxt müəyyən etdik. Onlar isə 1 aya valyuta mövqelərini tənzimlədilər və bizə satış etdilər