BANK

28 Oktyabr

Mərkəzi Bankın Baş direktoru: Ümumi inflyasiya həcminin 90%-ə yaxını idxal inflyasiyasıdır

 Ümumi inflayasiya həcminin 90%-ə yaxını idxal inflyasiyasıdır. 

"Fins.az" xəbər verir ki, bunu , Mərkəzi Bankın Baş direktoru Vüqar Əhmədov faiz dəhlizinin parametrləri ilə bağlı keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, rəsmi statistikaya görə idxal qiymətlərinin orta illik artım tempi cari ilin 8 ayında 21.9% təşkil edib. Birbaşa olaraq idxal inflyasiyasının ümumi inflyasiyada payı 50%-dən artıqdır. İqtisadi tərəfdaşlarda olan inflaysiyanın ölkədə mövcud inflayasiyadakı həcmini belə dəyərləndirmək olar.

Vüqar Əhmədov qonşu və ticarət əlqalərimizin mövcud olduğu ölkələrdən idxal olunan inflayasiyanın dolayı təsirlərini də şərh edək " Kənd təsərüfatı istehsalında sənayedə idxal olunan xammalın dəyərinin son qiymətlərə təsiri də mövcuddur. Yəni dolayı effektləri də bir nəzərə alsaq ümumi inflayasiya həcminin 90%-ə yaxınını idxal inflyasiyasıdır",-deyə fikirlərini tamamlayıb. 

Müəllif: Aynur Qəniyeva