BANK

28 Oktyabr

"Bizim əsas istiqamətimiz odur ki, uçot dərəcəmiz bazarda qısamüddətli faizlərə təsir etsin"

Bizim əsas istiqamətimiz odur ki, uçot dərəcəmiz bazarda qısamüddətli faizlərə təsir etsin.

"Fins.az" xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, bilirsiniz ki, təyinatımın ilk günündə ilk pul kredit siyasətinə dair qərarlarımızda faiz  dəhlizinin parametrləri dəyişilməz saxlanılmışdır. Bunun əsas səbəbi mənim tərəfimdən vurğulanıb ki faiz kanalı uçot dərəcəmizin bazara transmisiyası həddindən çox zəifdir demək olar ki, yoxdur. artıq semtryabrın 1 də təqdim olunmuş monetar siyasətimizin yeni əməliyyat çərçivəsinin  təsirlərini nəzərə alaraq qərarları sizə təqim edirik. İzafi likvidliyi nəzərə alaraq bizim faiz dəhlizimizin əsasən aşağı həddi bazara təsir etdiyini müşahidə edirik.

Taleh Kazımov həmçinin sonrakı mərhlədə faiz dəhlizinin yuxarı həddinin də bazara təsir mexanizmlərinin də işə salınmasına aydınlıq gətirərək "Növbəti aylarda artıq faiz dəhlizinin yuxarı həddinin də işləməyə başlamasını düşünürük. İzafi likvidliyimizi nəzərə alsaq bizim banklararası faizlərimiz etimal olunur ki, aşağı və uçot dərəcəsi çərçivəsində formalaşacaq. Cəsarətlə deyə bilərəm ki, bu da çox önəmli nailiyyətdir. 

Mərkəzi Bank rəhbəri qazanılan nailiyyətlərə görə rəhbərlik etdiyi komandaya təşəkkür edərək "Fürsətdən istifadə edərək komandamıza təşəkkür edirəm.Müstəqilliyimiz dövründə ilk dəfə olarq uçot faiz dərəcəsi banklararası faizlərə təsirini müşahidə ediri. Bizim əsas istiqamətimiz odur ki, uçot dərəcəmiz bazarda qısamüddətli faizlərə təsir etsin və inflyasiyaya təsiretmə imkanımız olsun.Mərkəzi Bank mən başda olmaqla bütün kimanda bu istiqamətdə bizim əməliyyat çərçivəmizin əqdləşdirlməsi üzərində çalışırıq"-deyə əlavə edib. 

Müəllif: Aynur Qəniyeva