BANK

28 Oktyabr

Mərkəzi Bank rəhbəri: İdxal olunan qiymətlərin artımı faktı ümumi inflyasiyaya artırıcı təsir göstərir

Əsas idxal olunan qiymətlərin artımı faktı ümumi inflyasiyaya artırıcı təsir göstərir.

"Fins.az" xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Mərkəzi Bank sədri bildirib ki, sentytabr ayının nəticələrinə əsasən illik inflyasiya 15.6% olub. Baza inflyasiya isə 14.1%olub. İnflayasiyaya artırıcı təsir göstərən əsas kompanentlərdən biri olan ərzaq inflyasiyası 9 ayın nəticələrinə əsasən 21.8% , qeyri-ərzaq inflyasiyası 10.5%,xidmət inflyasiyası 11.4%  təşkil edib.

Taleh Kazımov Mərkəzi bankın apardığı araşdırmanının da nəticələrini açıqlayaraq. "Bizim apardığımız təhlillər onu göstərir ki, inflyasiyanın əsas artırıcı amili xarici mənşəli xərc amilləridir. Yəni idxal inflaysiyasıdır. Əsas idxal olunan qiymətlərin artımı faktı ümumi inflyasiyaya artırıcı təsir göstərir"-deyə bildirib.

Mərkəzi Bakın rəhbəri inflyasiya ilə bağlı qlobal proqnozlara da toxunaraq "Həm Mərkəzi Bankın həm beynəlxalq maliyyə instutlarının regionda, ölkəmizdə və qlobal iqtisadiyyatda bu ilin sonuna və gələn ilin sonuna inflyasiyanın həcmi yüksək olacağı proqnozlaşdırılır",-deyə bildirib. 

Müəllif: Aynur Qəniyeva