BANK

28 Oktyabr

Taleh Kazımov:Manata olan tələbatı nəzərə alaraq Mərkəzi Bank əsasən alışyönümlü əməliyyatlar aparıb

Valyuta bazarına diqqətiniz yönəltmək istərdim həm tədiyə balansının profisiti həm də manata olan tələbatı nəzərə alaraq Mərkəzi Bank 27 oktyabra kimi əməliyyatlarını əsasən alışyönümlü aparıb.  

"Fins.az" xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, qeyd etdiyim tarixədək Mərkəzi Bank 907 milyon ABŞ dolları həcmində alış yönümlü əməliyyatlar bazarada həyata keçirib. Azərbaycan Respublikasının dövlət Neft fondunun qənaəti də yükəsk olub. 820 milyon ABş dolları həcmində Fond qənaət edə bilib. İlin ortasındakı dürüstləşməni də nəzərə almaqla kifayət qədər böyük qənaət qeydə alınıb. 

Müəllif: Aynur Qəniyeva