Xəbər verdiyimiz kimi, Kapital Bank “Breyn Rinq” televiziya layihəsinin maliyyə tərəfdaşıdır. Cari ilin oktyabr ayından başlayaraq yarışmanın 20-ci mövsümü başlayıb. Hər həftənin bazar günü İctimai TV-də efirə gedən yeni mövsümdə Bakı, Regional və Tələbə divizionlarını təmsil edən komandalar biliklərini sınayacaqlar.
Şərtlərə görə yarışmada il ərzində 2 mövsüm oynanılır. 1-ci mövsümdə “Bilik” Kuboku, 2-ci mövsümdə isə “Nar” Kubokunun sahibi bəlli olur. İlin sonunda isə “Bilik” kuboku və “Nar” kubokunun qalibləri olan 2 komanda Azərbaycan çempionu titulu uğrunda mübarizə aparır.
Qeyd edək ki, Kapital Bank sosial yönümlü fəaliyyətinə uyğun olaraq, daim intellektual oyunları və təhsil layihələrini dəstəkləyir. Qeyd edək ki, Kapital Bank həmçinin “Nə? Harada? Nə vaxt?” intellektual klubun da rəsmi tərəfdaşıdır.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 112 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — //kbl.az/krdt, Birbank kartı sifarişi üçün — //kbl.az/tkstcrd.