Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair növbəti qərarı 28 oktyabr 2022-ci il tarixində saat 10:30-da açıqlanacaq.
"Fins.az" xəbər verir ki, bu gün açıqlanacaq faiz qərarı Mərkəzi Bankın İdarə Heyəti sədri Taleh Kazımovun dövründə qəbul edilən 5-ci faiz qərar olacaqdır.
Bu gün saat 11:00-da mətbuat konfransı başlanacaq. Saat 15:00-da faiz dəhlizinin parametrlərinə dair geniş açıqlama (press-reliz) yayımlanacaq.