Avropa Mərkəzi Bankı (AMB, ECB) faiz qərarını açıqladı.
"Fins.az" xəbər verir ki, AMB yenidən əsas faizini (depozit faizini) 0,75 bənd artıraraq 0,75%-dən 1,50%-ə qaldırıb.
İqtisadçılar da AMB-nin faizni 0,75 bənd artıracağını gözləyirdilər.
Avropa Mərkəzi Bankı (AMB) rekord yüksək inflyasiyanı cilovlamaq üçün ikinci ayda aqressiv faiz artırmağı davam etdirib. Sentyabr iclasından sonra, oktyabr iclasında da AMB faiz dərəcələrini 0,75 bənd artırıb. Yenidən maliyyələşdirmə dərəcəsi 2 faizə, marjinal kreditləşmə faizi 2,25 faizə, depozit dərəcəsi isə 1,50 faizə yüksəlib.
Bakı vaxtı ilə saat 16:45-də Avropa Mərkəzi Bankının sədri Christine Lagarde-ın mətbuat konfransı başlayacaq. Onun verəcəyi mesajlar bazarlar tərəfindən diqqətlə izlənəcəkdir.
ECB son aylarda qiymət təzyiqlərinin gücləndiyini, inflyasiyanın uzun müddət hədəfin üzərində qalacağını və faiz dərəcələrini daha da artırmağı planlaşdırdığını bildirmişdi. Avro zonasında inflyasiya keçən ay 10 faiz təşkil edərək, ECB-nin 2 faizlik hədəfini xeyli üstələyib.