BANK

27 Oktyabr

Azərbaycanda 9 ayda “ApplePay”lə 390 milyon manatlıq ödəniş edilib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda “ApplePay” ödәniş hәlli vasitәsilә 390 milyon manatlıq 13 milyon әdәd ödəniş həyata keçirilib.

Fins.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Kəmalə Qurbanova deyib.

"Bu ödəniş həlli ilə əməliyyatların say və həcm göstəricilərinin qısa müddətdə kəskin yüksəlməsi istifadəçilərin innovativ ödəniş vərdişlərinə çevik uyğunlaşmasını göstərir. Bu ilin sentyabr ayındakı “ApplePay” ödәnişlərinin sayı və məbləği yanvar ayının analoji göstəricilərini müvafiq olaraq 3 və 2,8 dəfə üstələyib", - deyə o, qeyd edib.