BANK

27 Oktyabr

Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarı nə vaxt elan edəcək?-AÇIQLAMA

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair növbəti qərarı 28 oktyabr 2022-ci il tarixində saat 10:30-da açıqlanacaq.

 "Fins.az" xəbər verir ki, həmin gün saat 11:00-da mətbuat konfransı başlanacaq. Saat 15:00-da faiz dəhlizinin parametrlərinə dair geniş açıqlama (press-reliz) yayımlanacaq.