Bu gün Bakı vaxtı ilə saat 16:15-də Avropa Mərkəzi Bankı (AMB, ECB) faiz qərarını açıqlayacaq. Marja xəbər verir ki, iqtisadçılar bankın faizini yenidən 0,75 bənd artıraraq 1,50%ə çatdıracağını gözləyirlər.
"Fins.az" xəbər verir ki, hazırda AMB-nin əsas faizi 0,75% səviyyəsindədir.
Avro və dollar yenidən bərabərləşib. Avropa Mərkəzi Bankının faiz qərarı avronun kursu üçün kritikdir.
Bazarlarda, faiz qərarından sonra, Bakı vaxtı ilə saat 16:45-də başlayacaq mətbuat konfransında Avropa Mərkəzi Bankının sədri Christine Lagarde tərəfindən veriləcək mesajlar diqqətlə izlənəcəkdir.
ECB-nin faiz dərəcələrini yüksək sürətlə artırb-artırmayacağı müzakirə mövzusudur. Faizlərin artması iqtisadi inkişafı ləngidir, tənəzzül riskini artırır. Digər tərəfdən, AMB yüksələn inflyasiyanı aşağı salmaqda qərarlıdır.
Bəzi iqtisadçıların fikrincə, dekabr ayında faizin artırılması tempi 0,50 bəndə qədər azalacaq.