02 dekabr 2022-ci il saat 11:00-da Bakı şəhəri, AZ1122, Həsən bəy Zərdabi küçəsi, 81k ünvanında yerləşən "Yelo Bank" ASC-nin baş ofisində Səhmdarların növbədənkənar Ümumi Yığıncağı keçiriləcək.
"Fins.az" xəbər verir ki, bu barədə bankın elanında məlumat verilib.
Məlumata görə,yığıncaqda aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulub.
1. Yığıncağın gündəliyində duran məsələlərə baxılması.
Yığıncaqda iştirak etmək üçün şəxsiyyət vəsiqəsi və müvafiq səlahiyyət təsdiqedici sənədlər təqdim edilməlidir.
Gündəlikdə duran məsələlər üzrə materiallar elektron poçt vasitəsilə göndəriləcək.
"Yelo Bank" ASC-nin Müşahidə Şurası