Dollarla bağlı əsas diqqətlər FED-in qərarına yönəldilib.Analitiklər tərəfindən ABŞ Federal Ehtiyat Siteminin yenidən faiz artırması gözləntisi var. Burada sual yaranır ki, FED uçot faiz dərəcəsni həqiqətin 75 baza bəndinə qədər artıracaq ya yox? Bu investorlarda müəyyən qədər şübhələr yaradır. İkinci sual isə dekabr ayında faiz artırmaq FED tərəfindən atılan yeganə addım olacaq ya yox?
Bu gözləntilər artıq investorlarda dollara qarşı inamı zəiflədir bu səbəbdən ötən həftənin cümə günündən etibarən yəni FED nümayəndəsinin çıxışından sonra dollarda cuzi geriləmə müşahidə edilib. Bu korrektiv hərəkət kimi dəyərləndirilə bilər inpulsiv hərəkətlənmədə isə müəyyən qədər fasilə müşahidə edilir.B ütün bunların fonunda əsaslıı şəkildə dolların geri dönüşünü vurğulamaq olmaz. Əgər dolların bahalaşması davam edərsə çox güman ki, dollar indeksi 115 səviyyəsində qərarlaşa bilər. Bu da artıq yuxarıda qeyd edilən kimi uçot faiz dərəcəsinə bağlıdır.
Dollarla bağlı növbəti hərəkətliliyi FED-in toplantısından sona bəlli olacaq. FED toplantısından sonra FED-in rəhbəri Jerome Povel etdiyi çıxışda bir çox məqamlara toxunaraq əvvəlki ayların təhlilini aparır cari prosesdə baş verənlərə aydınlıq gətirir və yaxın gələcək üçün gözləntiləri açıqlayır.Əgər həqiqətən də pul kredit siyasəti ilə bağlı zəif addımlara keçid olarsa bu zaman dolların yaxın gələcəkdə ucuzlaşmasını müşahidə edə bilərik.
Müəllif: Aynur Qəniyeva