Avro dollar qarşısında bahalaşaraq 5 həftə ərzində ilk dəfə 1 səviyyəsini keçib.
"Fins.az" xəbər verir ki, Avropa Mərkəzi Bankının sabahkı faiz qərarından əvvəl ortaq valyuta avro dollar qarşısında 20 sentyabrdan bəri ilk dəfə 1 səviyyəsinin üzərinə qalxıb.
Cütlük 0,6 faiz artaraq 1,0031 səviyyəsinə yüksəlib.. Bloomberg dollar indeksi də bu gün 0,4 faiz civarında aşağı düşüb.
Gələn həftə baş tutacaq FED toplantısının dolların hərəkətində təsirli olacağı gözlənilir. FED-in davam edən aqressiv faiz artımının dolları dəstəkləyəcəyi gözlənilir.