BANK

26 Oktyabr

Ukraynanın Dünya Bankından aldığı pulun məbləği açıqlandı

Ukrayna Dünya Bankından 500 milyon dollar alıb.

“Fins.az” xəbər verir ki, bunu Ali Radanın vergi komitəsinin rəhbəri Daniel Getmantsev teleqram kanalında deyib.

O bildirib ki, bu, pensiyaların və digər sosial öhdəliklərin, təhsil və səhiyyə sahələrindəki ehtiyacların ödənilməsi üçün istifadə olunacaq:

“Xüsusi əməliyyat başlayandan Dünya Bankı Kiyevə yardım üçün 13 milyard dollar ayırıb. Bunun 11,4 milyard dollarını Vaşinqton ayırıb”.

Qeyd edək ki, bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Kiyev Ukraynanın sürətli bərpası üzrə ümumi məbləği 17 milyard dollar olan planın həyata keçirilməsi üçün “1 sent” də almayıb. O, respublikanın bərpası üçün xaricdən yardımın olmamasından təəssüfləndiyini deyərək, ölkənin enerji sektorunun üçdə birindən çoxunun raket zərbələrindən məhv olduğunu açıqlayıb.