BANK

25 Oktyabr

Mərkəzi Bank rəhbərindən inflyasiya açıqlaması

Azərbaycanda son doqquz ayın makroiqtisadi nəticələrinə əsasən, Ümumi Daxili Məhsul (ÜDM) 98 milyarda çataraq 5,6 faiz real artım göstərib.

“Fins.az ” xəbər verir ki, bunu Milli Məclisdə deputatlar görüşü zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.

 

Onun sözlərinə görə, qeyri-neft sektorunda bu göstərici 10,1 faizdir.

Taleh Kazımov bildirib ki, ölkəmizin xarici ticarəti 19,2 milyard ABŞ dolları olub: “Valyuta ehtiyatında 3,5 faiz artım var. Mərkəzi Bankın ehtiyatları isə 8,4 faiz artaraq, 7,7 milyard dollara çatıb”