BANK

25 Oktyabr

Neft Fondu bu ölkələrin dövlət istiqrazlarına investisiya edib-SİYAHI

Azərbaycan Dövlət Neft Fondunun beynəlxalq sabit gəlirli investisiyaları 2022-ci ilin ikinci rübündə olan göstəricilərə görə 50 ölkədə 6 valyutada 500-dən çox istiqrazda cəmləşib.

"Fins.az" xəbər verir ki, Fondun istiqrazlar  və pul bazarları portfelinin müxtəlif alətlər üzrə bölgüsü aşağıdakı kimidir:

Suveren borc kağızlarında-49%

Agentliklər -20%

Beynəlxalq Təşkilatlar-13%

Pul bazarları-14%

Korporativ istiqrazlar-4%

Neft Fondunun investisiya portfelində yer alan top 5 emitent aşağıdakılardır.

ABŞ dövlət istiqrazları -28%

Avropa İnvestisiya Bankı-3%

Almaniya dövlət istiqrazları-3%

İtaliya dövlət istiqrazları-3%

Almaniya dövlət investisiya və inkişaf bankı(KFW)-3 %

 

Müəllif:Aynur Qəniyeva