Azərbaycan Mərkəzi Bankı (AMB) oktyabrın 28-də mətbuat konfransı keçirəcək.
Fins.az xəbər verir ki, bankın İdarə heyətinin sədri Taleh Kazımov tədbir zamanı uçot dərəcəsi barədə qərarı açıqlayacaq.
Qeyd edək ki, AMB-nin sentyabrın 16-da keçirilmiş son iclasında uçot dərəcəsini 7,75 faiz səviyyəsində saxlamaq qərara alınmışdı. Faiz dəhlizinin yuxarı həddi 9,25 faiz, aşağı həddi 4 faiz səviyyəsində müəyyən edilmişdi.