BANK

24 Oktyabr

“AFB Bank” 3-cü rübün maliyyə hesabatını açıqlayıb

“AFB Bank” 2022-ci ilin 3-cü rübündə 11,452 milyon manat mənfəət əldə edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 32% artımım göstəricisidir. 

"Fins.az" xəbər verir ki,bu barədə “AFB Bank” 2022-ci ilin yanvar sentyabr ayına dair maliyyə hesabatında məlumat verilib. 

Məlumata görə, bankın cəmi aktivləri ötən ilin müvafiq dövrü ilə müqaisədə 7,4% artaraq 292.501 milyon manat təşkil edib. Bankın müştərilərə verdiyi kreditlərin məbləği  illik müqaisədə 19% artaraq 169,462 milyon manata çatıb.

“AFB Bank”ın gəlirləri 2021-ci ilin analoji dövrü ilə müqaisədə 13% artaraq 21,017 milyon manat təşkil edib. Hesabat dövründə bankın xərcləri 10.5% artaraq 13,452 milyon manat olub.

Bankın depozit portfeli 1,2% artaraq 118,680 milyon manat təşkil edib. Belə ki, fiziki şəxslərin depozitləri 11,5% artaraq 29.145 manat təşkil edib.

“AFB Bank”da 2022-ci ilin yanvar sentyabr ayları ərzində hüquqi şəxslərin depozitləri isə 1,5% və ya 1,414 milyon manat azalaraq 89,534 milyon manat olub. 

Müəllif: Aynur Qəniyeva