“Naxçıvanbank”-ın 2022-ci ilin yanvar-sentyabr aylarında xalis mənfəəti 12 milyon 441,37 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 2,1 dəfə çoxdur.
"Fins.az" xəbər verir ki, bu barədə“Naxçıvanbank”-ın 2022-ci ilin yanvar-sentyabr aylarına dair maliyyə hesabatında məlumat verilib.
Məlulmata görə, “Naxçıvanbank”-ın aktivləri 2022-ci ilin yanvar-sentyabr aylarında ötən ilin müvafiq dövrü ilə müqaisədə 0,2% azalaraq 343,202 milyon manat təşkil edib.
Bankın öhdəlikləri illik müqaisədə 4.5% azalaraq 234,724 milyon manata çatıb. Bankda yerləşdirilmiş depozitlər ötən ilin müvafiq dövrü ilə müqaisədə 10,6% azalaraq 161,232 milyon manat təşkil edib. 2022-ci ilin 3-cü rübü ərzində əhalinin “Naxçıvanbank”dakı əmanətləri 2021-ci ilin eyni dövrü ilə müqaisədə 30.7% azalaraq 15,959 milyon manata bərabər olub
Buna baxmayaraq 2022-ci ilin 3 rübü ərzində "Naxçıvanbank”ın kapitalı 10.8% artaraq 108 milyon 477,89 min manat, nizamnamə kapitalı isə illik müqaisədə 4.7% artaraq 94 milyon manat təşkil edir.