BANK

24 Oktyabr

Naxçıvanda kreditləri 91%-indən çoxu uzunmüddətli olub

1 oktyabr 2022-ci il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 220 min 631-ə çatmışdır ki, bunun da 212 min 922-si və ya 96,5 faizi aktiv hesablardır. Cari ilin yanvar-sentyabr aylarında açılmış 40 min 940 bank hesabının 40 min 926-sı aktiv hesablar olmuşdur.

1 oktyabr 2022-ci il tarixə muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1689 olmuşdur.

2022-ci ilin doqquz ayında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 213 milyon 22 min 100 manat kredit verilib. 

Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqaisədə 29,2% çoxdur. Verilmiş kreditlərin 17 milyon 554 min 800 manatı və yaxud 8,2 faizi qısamüddətli, 195 milyon 467 min 300 manatı və yaxud 91,8 faizi uzunmüddətli kreditlər olub.