BANK

24 Oktyabr

Naxçıvan Muxtar Respublikasında sahibkarlara nə qədər kredit verilib?-MƏBLƏĞ 

2022-ci ilin doqquz ayında Naxçıvan Muxtar Respublikasında sahibkarlara 36 milyon 913 min 400 manat kredit verilib.

"Fins.az" xəbər verir ki,verilmiş kreditin 12 milyon 284 min 500 manatı yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə, 24 milyon 628 min 900 manatı isə fərdi sahibkarlığın inkişafına sərf olunub. Bu dövrdə 11 hüquqi və 2254 fiziki şəxs qeydiyyata alınıb.

Muxtar respublikada 384 növdə məhsul istehsal olunur. Bu məhsulların 127-si ərzaq, 257-si qeyri-ərzaq məhsullarıdır. 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatın tamamilə yerli imkanlar hesabına ödənilməsi təmin edilib.