BANK

21 Oktyabr

\"Rabitəbank\" -ın mənfəəti rekord həddə artıb -91%-DƏN ÇOX ARTIM

"Rabitəbank" ASC 2022-ci ilin 3-cü rübünü  ötən ilin müvafiq dövrü ilə müqaisədə 91.3% artaraq 12 milyon 676 min manat xalis mənfəət ilə başa vurub. 

"Fins.az" xəbər verir ki,bu barədə "Rabitəbank"ın 2022-ci ilin 3-cü rübünə dair maliyyə hesabatında məlumat verilib. 

Faiz gəlirləri artıb

Məlumata görə,"Rabitəbank"ın faiz gəlirləri  ötən ilin 3-cü rübünə nisbətən 2022-ci ilin 9 ayı ərzində 24% və ya 9 milyon 549 min manat 49 milyon 211 min manat təşkil edib. 2022-ci ilin 9 ayı ərzində "Rabiətbank"ın əməliyyat mənfəəti 15 milyon 508 min manat təşkil edib.

Aktivləri azalıb 

Bankın aktivləri hesabat dövründə aktivləri 12,4% azalaraq 892,157 milyon manata çatıb.2022-ci ilin 9 ayı ərzində  "Rabiətbank"ın cəmi aktivlər 125 milyon 716 min manat və ya 14,1% azalaraq azalaraq 892 milyon 157 min manat təşkil edib.

Müştərilərə daha çox kredit verib 

"Rabitəbank" kredit portfeli cari ilin yanvar ayına olan göstəiricilərlə müqaisədə 26% artaraq  597 milyon 466 min manat təşkil edib. Bankın ticarət investisiya qiymətli kağızlarının həcmi hesabat dövründə ötən ilin müvafiq dövrü ilə müqaisədə 6 milyon 816 min manat artaraq 109 milyon 321 min manata çatıb. 

Depozit portfeli azalıb

2022-ci ilin oktyabr ayının 1-nə olan göstəricilərə görə,  "Rabitəbank"ın depozit portfeli illik müqaisədə 171 milyon 447 min manat və ya 23,6% azalaraq 553 milyon 235 min manat təşkil edib. 

Bankın kapitalı artıb 

"Rabitəbank" ASC -ın 2022-ci ilin 3-cü rübündə kapitalı ötən ilin müvafiq dövrü ilə müqaisədə 13 milyon 649 min manat və ya 12.7%   artaraq 113 milyon 74 min manata çatıb.Bank hesabat dövründə 110 milyon 706 min manat məcmu kapitala malik olub.

Müəllif:Aynur Qəniyeva