BANK

20 Oktyabr

CİB və Visa-dan hədiyyəli kampaniya

“Visa kartları CİBində qazandırır!” adlı kampaniyanın məqsədi CİB multi-bank mobil tətbiqində Visa kartları vasitəsilə nağdsız ödənişlərin təşviqidir.Kampaniya 01.09.2022 – 31.10.2022 tarixləri ərzində keçirilir.

Kampaniyada iştirak şərtləri:

Kampaniyada iştirak etmək üçün Azərbaycanın istənilən bankının Visa kart sahibi
1. kartını CİB mobil tətbiqində yaddaşda saxlamalı;
2. kampaniya müddəti boyu istənilən Visa kartı ilə Kampaniyada iştirak edən ödəniş kateqoriyaları üzrə minimum 500 manat dəyərində minimum 5 ödəniş əməliyyatı etməlidir.

Kampaniyanın zəmanətli hədiyyəsi:
1.000 (min) ədəd 20 manat dəyərində supermarket hədiyyə kartı (Araz, Bazarstore və ya Bravo)
Hədiyyəni alma şərti: Kampaniyada iştirak şərtlərini yerinə yetirən ilk 1.000 nəfər bu hədiyyəni qazanmış olacaq. Qalib istəyinə uyğun olaraq udulmamış 3 supermarket şəbəkəsinin kartından birini seçə bilər.

Kampaniyanın təşviqedici hədiyyəsi:
5 ədəd iPhone 13 256GB.
Hədiyyəni alma şərti: Kampaniya nəticələrinə əsasən kampaniya şərtlərini yerinə yetirib kampaniya müddəti ərzində ən çox ödəniş etmiş 5 istifadəçi bu hədiyyəni qazanacaq.

CİBBondan 2 qat bonus!
Kampaniya ərzində Visa kartı ilə olan bütün ödənişlər 2 qat bonus qazandıracaq. 2 qat bonus bütün ödəniş kateqoriyalarına şamil olunacaq (kartdan karta köçürmələr istisna olmaqla).

Kampaniyada iştirak etməyən ödəniş kateqoriyaları:
1. Kartdan karta pul köçürmələri (o cümlədən “Dosta köçür” və “Dostdan istə”)
2. Elektron pul kisələrinin balansının artırılması
3. CİBim cüzdan balansının artırlması
4. cüzdandan cüzdana köçürmələr
5. cüzdandan karta pul göndərilməsi
6. cüzdandan bütün ödənişlər.

Kampaniyanın digər şərtləri:

  1. Hər bir CİB istifadəçisi yalnız 1 zəmanətli hədiyyə qazana bilər;
  2. Kampaniyanın təşkilatçısının, o cümlədən bu kampaniyanın hazırlanması və həyata keçirilməsində birbaşa iştirak edən şirkətlərin əməkdaşları və yaxın qohumları kampaniya qalibi ola bilməz;
  3. Kampaniya qalibləri kampaniya təşkilatçısının sosial media hesablarında və kampaniyanın internet səhifəsində mütəmadi olaraq paylaşılacaq;
  4. Kampaniya qalibi 18 yaş və daha yuxarı yaşda olmalı, qalib və o cümlədən də qalibi müşayiət edən şəxslər Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olmalı və eyni zamanda tələb olunan sənədləri Kampaniya Təşkilatçısının tələbi əsasında ona təqdim etməlidirlər. Hədiyyəni əldə etmək üçün tələb olunan sənədləri olmayan, əldə olunmasına dair problemləri olan şəxslər bu sənədlərin əldə olunmasına dair birbaşa olaraq özləri məsuldurlar;
  5. Qalibin və ya onu müşayiət edən şəxslərin fərdi məlumatlardan, o cümlədən şəkilləri, adları, videoları və s. məlumatlarından reklam, promosyon məqsədləri üçün və o cümlədən digər məlumatların hər hansı media vasitəsilə, sosial mediada və digər reklam kanalları ilə onlardan yazılı qaydada icazə alındığı təqdirdə istifadə oluna bilər;
  6. Hədiyyəsi almaq üçün qalib şəxsiyyət vəsiqəsi və ya onu əvəz edən sənəd ilə həftə içi 10:00 – 18:00 arası kampaniya təşkilatçısının ofisinə yaxınlaşmalıdır;
  7. Qalib iştirakçı öz hədiyyəsini kampaniya təşkilatçısının ofisindən 30.12.2022-ci il tarixinə (daxil olmaqla) qədər götürməzsə hədiyyəni almaq hüququnu itirmiş hesab ediləcəkdir. Öz hədiyyəsini vaxtında götürməyən qalib iştirakçının hədiyyəsi Kampaniya şərtlərinə əməl etmiş iştirakçılar siyahısında növbəti sırada olan iştirakçıya təqdim olunacaq.
  8. Bu Qaydalar çərçivəsində tənzimlənməyən məsələlər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən həll ediləcəkdir. Kampaniya Təşkilatçısı Azərbaycan Respublikasının müvafiq qanunvericiliyində müəyyən edilmiş tələblərə cavab verdiyi təqdirdə istənilən vaxt, kampaniya mexanizmi və hədiyyələr istisna olmaqla, bu şərtlərə dəyişiklik etmək hüququnu özündə saxlayır.