BANK

20 Oktyabr

Yen dollar qarşısında 32 ilin ən aşağı səviyyəsinə enib

Dollar/yen məzənnəsi 1990-cı ildən bəri ilk dəfə 150-ni keçib.Yenin dollar qarşısında kəskin ucuzlaşmasl davam edir 

"Fins.az" xəbər verir ki, dollar/yen məzənnəsi 150 səviyyəsini keçərək 1990-cı ildən bəri ən yüksək səviyyəsini sınaqdan keçirib.

Yapon hakimiyyətinin gündəmində yenin ucuzlaşması əsas yer tuturdu.Yaponiyada rəsmilər yenanın dollara nisbətdə kəskin ucuzlaşması ilə bağlı xəbərdarlıqlarını təkrarladılar, maliyyə naziri Shunichi Suzuki isə məzənnəni daha tez-tez və “diqqətlə” izlədiyini açıqlayıb. 

Keçən ay yen dollar qarşısında kəskin ucuzlaşaraq 145-i ötdüyü üçün Yaponiya uzun müddət sonra ilk dəfə yenaya müdaxilə etdi. Bu müdaxiləyə baxmayaraq, dollar yen qarşısında bahalaşmağa davam etdi.

Maliyyə Nazirliyində jurnalistlərə açıqlama verən Suzuki bəyan edib ki, hökumət mövcud siyasətə uyğun olaraq, valyuta bazarında yenin hərəkətinə "uyğun cavab verəcək".