Bu gün Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) Pul Siyasəti Komitəsi faiz qərarını açıqlayacaq. Faiz qərarı Bakı vaxtı ilə saat 15:00-da bəyan ediləcək.
"Fins.az" xəbər verir ki, Reuters-in sorğusuna qatılan iqtisadçıların əksəriyyəti oktyabr ayında TCMB-nin faizini 100 faiz bəndi də azaldaraq 12 faizdən 11 faizə endirəcəyini gözləyirlər.
Reuters-in sorğusuna qatılan 20 iqtisadçıdan 13-ü TCMB-nin siyasət faizini 100 baza bəndi endirəcəyini gözlədiyi halda, sorğuda iştirak edən bir iqtisadçı faizin 50 faiz bəndi azaldılaraq 11,50 faizə edüşəcəyini, 6 iqtisadçı isə sabit (dəyişməz) saxlanacağını proqnozlaşdırıb.
TCMB-nin faiz dərəcəsinin 2022-ci ilin sonuna qədər keçiriləcək bütün iclaslarında 100 faiz bəndi azaldılaraq 9%-ədək endiriləcəyi nəzərdə tutulur.