“Tezliklə Yelo kart müştəriləri taksit imkanlarından da faydalanacaqlar”.
“Fins.az” xəbər verir ki, bunu Yelo Bank-ın İdarə Heyəti sədrinin müavini Günay Cəlilova jurnalistlərə müsahibəsi zamanı deyib.
Onun sözlərinə görə bu funksionallığın yaxın zamanda təqdim edilməsi üçün intensiv işlər gedir: "Multifunksional kartımıza taksit imkanını da əlavə edəcəyik. Bu, bazarda yeni olmasa da, müştərilərimizin istək və ehtiyaclarını nəzərə alaraq taksit seçimini də təqdim etməyi vacib hesab edirik. Ümumiyyətlə qeyd edim ki, istənilən yeniliyimizin hazırlıq prosesində ilk növbədə müştəri istəklərini nəzərə alıb, onların istifadəsi üçün nə dərəcədə rahat olmasını araşdırırıq. Onların rəylərinə əsasən ehtiyac olduqda lazımi dəyişiklikləri həyata keçiririk”.
Günay Cəlilova bu proseslərin müştəriyönümlü olduğuna toxunaraq qeyd edib: “Belə testlərin birbaşa müştərilərlə aparılması gələcəkdə həm məhsul, həm müştəri təcrübəsində yarana biləcək səhv və risklərin azaldılmasına kömək edir. Bank tərəfindən yanaşsaq, bu həm də müştəri itkisinin qarşısını alır”.
Müəllif: Aynur Qəniyeva