"Kapital Bank" ASC 2022-ci ilin 3-cü rübü üzrə (yanvar-sentyabr dövrü) əsas maliyyə göstəricilərini açıqlayıb.
"Fins.az" xəbər verir ki, 2021-ci ilin 9 ayı ilə müqayisədə 2022-ci ilin 9 ayında "Kapital Bankı"ın xalis mənfəəti 75 milyon 428 min manat və ya 55,8% artaraq 210 milyon 609 min manat təşkil edib.
GƏLİRLƏRİ ARTIB
"Kapital Bank" faiz gəlirləri üzrə alınmış 2021-ci ilin 3-cü rübü ilə müqayisədə 2022-ci ilin 3 cü rübündə 97 milyon 684 min manat və ya 21.9% artaraq 425 milyon 98 min manat təşkil edib. Bankın xarici valyuta əməliyyatlarından xalis gəliri 32 milyon 342 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqaisədə 11 milyon 325 min manat və ya 35,01% artımın göstərisidir.
ƏMƏLİYYAT MƏNFƏƏTİ ARTIB
2022-ci ilin ilk rübündə "Kapital Bank"ın cəmi əməliyyat gəlirləri 66 milyon 709 min manat artaraq 339 milyon 561 min manat ,
AKTİVLƏRİ 8 MİLYARD MANATA YAXINLAŞIB
"Kapital Bank" 2022-ci ilin 3-cü rübdə aktivləri 7 milyard 721 milyon 463 min manat təşkil edib.
KREDİT PORTFELİ 3.5 MİLYARD MANATA YAXINLAŞIB
Bank 3-cü rüb ərzində 3 milyard 234 milyon 143 min manat kredit portfeli təşkil edib. Kredit portfelinin biznes kreditləri ötən ilin müvafiq dövrü ilə müqaisədə 338 milyon106 min manat və 34.07 manat artaraq 992 milyon 120 min manata çatıb.
"Kapital Bank"ın cari ilin 9 ayı ərzində ticarət və investisiya qiymətli kağızlarından əldə etdiyi gəlir 1milyard 934 milyon 666 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqaisədə 905 milyon 399 min manat və ya 46,7% artımın göstərisidir.
BANKDA ƏHALİNİN ƏMANƏTLƏRİ ARTIB
2021-ci ilin 3-cü rübünün sonu ilə müqayisədə "Kapital Bank"ın depozit portfeli 26.2% və ya 1milyard 622 milyon 117manat artaraq 30 sentyabr 2022-ci il tarixində 6 milyard 180 milyon 921 min manat təşkil edib. O cümlədən, fiziki şəxslərin depozitləri 645 milyon 419 min manat və ya 33.5 artaraq 1 milyard 924 milyon 846 min manata, hüquqi şəxslərin depozitləri isə 976 milyon 698 min manat və ya 22,9% artaraq 4 milyard 256 milyon 75 min manata çatıb.
"Kapital Bank" 30 sentyabr 2022-ci il tarixində 716 milyon 73 min manat kapitala malik olub ki, bu da ötən ilin eyni dövrü ilə müqaisədə 115 milyon 923 min manat və ya 16.1% artımın göstərisidir.
Müəllif:Aynur Qəniyeva