BANK

18 Oktyabr

ABA və Vəkillər Kollegisyasının ekspert qruplarının birgə fəaliyyəti təşkil olunacaq- Zakir Nuriyevdən AÇIQLAMA

Banklar Assosasiyasında mövcud olan ekspert qrupları eyni zamanda Vəkillər Kollegisyasının nəzdində olan ekpert qruplarının birgə fəaliyyəti təşkil olunacaq

Bunu "Fins.az"-a açıqlamsında Azərbaycan Banklar Assosiasiyasının (ABA) rəhbəri Zakir Nuriyev deyib. 

O qeyd edib ki, bizim əsas hədəfimiz ölkədə fəaliyyət göstərən təşkilatlarla eyni zamanda Vəkillər Kolegiyası ilə belə bir sənədin imzalanmasıdır. Bu memarandumla  əməkdaşlığın hüquqi bazasını yaradıq. Həm Banklar Assosasiyasında mövcud olan ekpert qrupları eyni zamanda Vəkillər Kollegisyasının nəzdində olan ekpert qruplarının birgə fəaliyyəti təşkil olunacaq.

Zakir Nuriyev bildirib ki, tərəfləri maraqlandıran məsələlər bu komitələrdə müzakirə ediləcək və müvafiq orqanda- ABA-nın rəyasət heyətində və Vəkillər Kollegiyasında müzakirə ediləcək aidiyyəti qurumlara müarciət lazım olsa müraciət ediləcək, təşkilatlar arasında həlli mümükün olduğu halda öz aramızda məsələ öz  həllini tapacaq. Bu da bütövlükdə həm iqtisadiyyatımızın həm də bank maliyyə sektorunun öz tövhəsini verəcək.