Bank sektorunun öhdəlikləri isə əsasən hüquqi şəxslərin depozitləri hesabına formalaşıb.
"Fins.az" xəbər verir ki, bu, 2022-ci ilin 1-ci yarımili üzrə Mərkəzi Bankın Maliyyə sabitliyi hesabatında bildirilir.
Məlumata görə ötən il iqtisadi artımın bərpası və daxili tələbin genişlənməsi fonunda əhəmiyyətli artım göstərən bank sektorunun balansı 2022-ci ilin ilk yarısında da genişlənməkdə davam edib.
Birinci yarımil ərzində bank sektorunun aktivləri 9% (3.5 mlrd. manat) artaraq 41.9 mlrd. manat təşkil etmişdir. Öhdəliklər isə 9.8% (3.3 mlrd. manat) artaraq 36.8 mlrd. manat təşkil edib.
2022-ci ilin ikinci rübünün sonu üzrə bank sektorunun aktivlərinin 40.7%-ni xalis kredit portfeli, 37.3%-ni likvid aktivlər, 22%-ni isə digər aktivlər təşkil edir. Bank sektorunun öhdəlikləri isə əsasən hüquqi şəxslərin depozitləri hesabına formalaşıb. Belə ki, öhdəliklərin 53.3%-i hüquqi şəxslərin depozitləri, 28.2%-ni fiziki şəxslərin depozitləri, 18.5%-ni digər öhdəliklər təşkil edir.
