BANK

18 Oktyabr

Mərkəzi Bank: Ölkənin valyuta ehtiyatları son illərin ən yüksək həcminə çatıb

Mərkəzi Bankın valyuta ehtiyatları 2022-ci ilin iyun ayında 7.4 mlrd. dollara çatıb. 

"Fins.az" xəbər verir ki, bu, 2022-ci ilin 1-ci yarımili üzrə Mərkəzi Bankın Maliyyə sabitliyi hesabatında bildirilir.

Bildirilir ki, 2016-cı ildən etibarən valyuta ehtiyatlarında müşahidə olunan artım 2022-ci ildə də davam etmişdir. Mərkəzi Bankın valyuta ehtiyatları 2022-ci ilin iyun ayında 7.4 mlrd. dollara çatmışdır. Bütövlükdə, ilin ilk yarısında ölkənin valyuta ehtiyatları son illərin ən yüksək həcminə çatıb.