BANK

17 Oktyabr

\"Məqsədimiz odur ki, müştərilərimiz bütün xidmətlərimizi həm filialda, həm də mobil tətbiqdə istifadə edə bilsin\"

Məqsədimiz odur ki, müştərilərimiz bütün xidmətlərimizi həm filialda, həm də mobil tətbiqdə istifadə edə bilsin.

“Fins.az” xəbər verir ki, bunu “Yelobank”-ın İdarə Heyəti sədrinin müavini Günay Cəlilova deyib.

O, bildirib ki, Bank istifadəyə verilən son yenilikləri ilk növbədə mobil tətbiq istifadəçilərinə, daha sonra filiallarda təqdim edir. Bu da müştərilərin filiala gəlmədən həmin yenilikləri mobil tətbiqlə əziyyətsiz, vaxt itirmədən həyata keçirmələrinə imkan yaradır: 

Günay Cəlilova rəsmisi olduğu bankın mobil tətbiqində istifadə rahatlığının təmininə toxunaraq "Mobil tətbiqimizin hər bir yeniliyində rahatlığa və sadəliyə üstünlük verilir. Xüsusilə ilk dəfə mobil tətbiqimizi yükləyən müştərilər üçün qeydiyyat, bank əməliyyatları prosesini maksimum rahat etməyə çalışmışıq. Təqdim etdiyimiz hər yeniliklə kifayətlənmir, mövcud funksiyaların da təkmilləşdirilməsi üçün daim işləyirik. Rəqəmsal bankçılıqdan uzaq qalan müştərilərimizi də yeni xidmətlərimizin üstünlüyü ilə tanış etmək üçün tez-tez maarifləndiririk",-deyə qeyd edib. 

Müəllif:Aynur Qəniyeva