BANK

17 Oktyabr

Tamerlan Rüstəmov “Bankçılıq 4.0 rəqəmsallaşma və transformasiya Sammit”ində təqdimatla çıxış edib

 Avstriyanın Vyana şəhərində bank sistemində rəqəmsal transformasiya sahəsində aparılan islahatların müzakirə edildiyi beynəlxalq “Bankçılıq 4.0 rəqəmsallaşma və transformasiya Sammit”i keçirilib.

"Fins.az" xəbər verir ki, bu barədə  Azərbaycan Banklar Assosiasiyası (ABA) məlumat yayımlayıb. 

Məlumata görə, sözügedən tədbirdə, Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun sədri və “Bank of Baku “ASC-nin Ödəniş sistemləri departamentinin direktor müavini Tamerlan Rüstəmov “Azərbaycanda rəqəmsal ödəniş ekosistemi və əsas trendlər” mövzusunda təqdimatla çıxış edib.

Təqdimat zamanı, ölkədə formalaşdırılmış rəqəmsal ödəniş ekosisteminin komponentləri, son illər ərzində innovativ həllərin tətbiqi üzrə əldə edilən nəticələr, bank sistemində rəqəmsal transformasiyanın əsas xüsusiyyətləri haqqında ətraflı məlumat təqdim edilib. 

Müəllif: Aynur Qəniyeva