“Rabitəbank” ASC təcrübəli bank əməkdaşını öz sırasına cəlb etdi.
Fins.az-ın məlumatına görə, Elşən Abdullayev Akif oğlu bankın Biznes Bankçılıq Departamentinin direktoru vəzifəsinə təyin edilib.
Ümumilikdə bank sahəsində 16 ildən artıq təcrübəyə malik olan A. Elşən, uzun illər “Accessbank”-da müxtəlif vəzifələrdə çalışmış, 2014-cü ildən etibarən fərqli regionlarda filial müdiri kimi fəaliyyət göstərmişdir.
2018-ci ildə “Bank Respublika” ASC-nin Sumqayıt filialının direktoru vəzifəsinə qəbul edilib, daha sonra 2021-ci ildə həmin filialın direktoru – KOS kreditləri üzrə regional direktor olaraq çalışmışdır. Elşən Abdullayev 2022-ci ildə “TuranBank” ASC-nin Biznes Bankçılıq Departamentinin direktoru vəzifəsinə təyin edilib.
Elşən Abdullayev Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) Ümumi İqtisadiyyat sahəsində bakalavr təhsili almışdır.