BANK

14 Oktyabr

İpoteka və Kredit Zəmanət Fondu 40 milyon manat vəsait cəlb etdi

14 oktyabr 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu ASC–nin AZ2065008685 ISIN-li, 40 milyon manat həcmində, 9000 gün tədavül müddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.

Birjanın yaydığı məlumata görə, hərrac zamanı 1 investor tərəfindən 1 sifariş təqdim edilib.

Hərrac qiyməti 1,000 manat olan sifarişlərin nominal qiymətlə ümumi məbləği 40 milyon manat olmuşdur. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 40 milyon manat təşkil edib.

İstiqrazların ödəmə tarixi 5 iyun 2047-ci ildir.