BANK

14 Oktyabr

JPMorgan baş direktorundan sərt eniş xəbərdarlığı

JPMorgan-ın baş direktoru Jamie Dimon, pul siyasətində atılan addımlardan sonra yumşaq enişin çətin müşahidə edildiyinə diqqəti cəlb edərək.

"Fins.az" xəbər verir ki, bu həftə verdiyi başqa bir açıqlamada Dimon 6-9 ay arasında iqtisadiyyatda tənəzzül olacağını proqnozlaşdırıb.
JPMorgan-ın baş direktoru Ceymi Dimon iqtisadiyyatda tənəzzül ehtimalı ilə bağlı açıqlamalarına yenisini əlavə edib.

Dimon son açıqlamasında bildirdi ki, FED tənəzzülə yol vermədən iqtisadiyyatı soyuda bilməz. Vaşinqtonda keçirilən konfransda danışan Dimon deyib: “Yumşaq eniş ola bilərmi, bilmirəm. “Düşünmürəm ki, olacaq".

Yumşaq eniş alternativlərinin mülayim və ağır tənəzzül olduğunu ifadə edən Dimon, "Ciddi bir tənəzzül vəziyyətində bazarların yüzdə 20-30 aşağı düşəcəyini gözləmək olar" ,-deyə bildirib.

İnflyasiyanın qalıcı olduğunu düşünən Dimonun fikrincə, FED faiz dərəcələrini 4-4,5 faizin üzərinə qaldırmalı olacaq.