BANK

14 Oktyabr

Avro 0,86 dollara düşə bilər

Davamlı olaraq ABŞ dolları bahalaşır. EUR/USD məzənnəsinin (Avro/Dollar) tezliklə son 20 illik minimumlarını sınaqdan keçirəcəyi gözlənilir.

"Fins.az" xəbər verir ki, qlobal investisiya bankı Citi-nin strateqləri iddia edirlər ki, ABŞ dolları "hələ pik həddinə çatmayıb".

Citi EUR/USD məzənnəsinin ilk öncə 0.93 səviyyəsinə, "soyuq küləklər" artarsa 0.86-ya düşə biləcəyini iddia edirlər.

Qeyd edək ki, bu dəqiqələrdə Avro/Dollar məzənnəsi 0.47 səviyyələrindədir.