BANK

14 Oktyabr

“Dəmir Bank”ın əmlakı hərraca çıxarılır

Noyabrın 6-da "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan “Dəmir Bank” ASC-nin daşınmaz əmlakının satışı üzrə növbəti açıq hərrac keçiriləcək.

"Fins.az"xəbər verir ki, bu barədə Bankın ləğvedicisi - Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumat yayıb.

Məlumata görə, söhbət Şəki şəhəri, Sabit Rəhman küçəsi, 6A ünvanında yerləşən 2 389,8 kv.metrlik qeyri-yaşayış sahəsindən gedir. Əmlaka 1,105 milyon manat qiymət qoyulub.