BANK

14 Oktyabr

Baydenin inflyasiya ilə bağlı AÇIQLAMA

ABŞ prezidenti Co Bayden bugünkü inflyasiya məlumatları barədə açıqlama verib.

"Fins.az xəbər verir ki, Bayden bildirib ki, məlumatlar göstərir ki, yüksək qiymətlərlə mübarizədə irəliləyiş əldə olunub.Bununla belə, Ağ Evin daha çox işi var

ABŞ prezidenti Co Bayden sentyabr ayı üçün inflyasiya məlumatlarını qiymətləndirib və bu, təxminləri üstələyib. Bayden yazılı açıqlamasında "Bugünkü məlumatlar göstərir ki, yüksək qiymətlərlə mübarizədə müəyyən irəliləyiş var, baxmayaraq ki, bizim daha çox işimiz var". ifadəsini işlətdi.

"Bu irəliləyişə baxmayaraq, qiymətlər hələ də çox yüksəkdir" deyən Bayden, "Dünyadakı ölkələrə və ailələrə təsir edən qlobal inflyasiya ilə mübarizə mənim əsas prioritetimdir",-deyə qeyd edib. 

ABŞ-da illik inflyasiya sentyabrda 8,2 faizlə gözləntiləri üstələyib. Əsas inflyasiya aylıq 0,6 faiz artaraq son 40 ilin ən yüksək səviyyəsinə çatıb. Məlumatların açıqlanmasından dərhal sonra Fed svopları noyabr ayında 75 baz bəndlik faiz artımı gözləntisinin  100% olduğunu göstərib.