BANK

13 Oktyabr

Taleh Kazımov Dünya Bankı və IMF-in illik toplantılarında iştirak edəcək

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Amerika Birləşmiş Ştatlarına (ABŞ) işgüzar səfərdədir.

"Fins.az" xəbər verir ki, bu barədə T. Kazımov özünün "Twitter" hesabında yazıb.

Mərkəzi Bank rəhbəri tvitində "12-18 oktyabr tarixlərində Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun (IMF) Vaşinqtonda keçiriləcək illik toplantılarında iştirak etmək üçün ABŞ-a işgüzar səfərə yola düşdük. Səfər çərçivəsində bir sıra tədbir və görüşlərdə keçiriləcək", -deyə  qeyd edib