BANK

13 Oktyabr

Bu şəxs Pakistan Milli Bankının Bakı Filialına könüllü ləğvedici təyin edilib

Azərbaycan qanunvericiliyinə və Pakistan Milli Bankının qərarına uyğun olaraq, Pakistan Milli Bankının Bakı Filialına könüllü ləğvi müvafiq qaydada təsdiq edilmiş ləğv planına əsasən həyata keçiriləcək.

"Fins.az" xəbər verir ki, bu barədə Bankın Bakı Filialının bəyanatında məlumat verilib. 

 Məlumata görə, bu məqsədlə, Filialın Baş Meneceri Sheikh Ahtsham Ahmed Filialın ləğvedicisi təyin olunub.

Qeyd olunub ki, Filialın likvid aktivləri hesabat tarixinə 6.7 mln. manat olmaqla, cəmi öhdəliklərin icrasına tam imkan verir.Filialın fəaliyyət dövrü ərzində ona hərtərəfli dəstək göstərmiş Azərbaycan Respublikasının Mərkəzi Bankına və digər dövlət qurumlarına öz dərin təşəkkürümüzü bildiririk.

Pakistan Milli Bankının Bakı Filialına verilmiş 30 iyun 2005-ci il tarixli 248 nömrəli bank lisenziyası Azərbaycan Mərkəzi Bankı tərəfindən ləğv olunub.