BANK

13 Oktyabr

Commerzbank: FED faiz dərəcələrini 5 %-ə qaldıracaq

Commerzbank iqtisadçıları, noyabr toplantısında FED-dən 75 baza bəndi artım gözlədiklərini ifadə edərək, 2023-cü ilin ilk rübündə faiz dərəcəsinin 5%-ə yüksələ biləcəyi ilə bağlı proqnozlarını bölüşüblər.
"Fins.az" xəbər verir ki, Commerzbank iqtisadçıları öz qeydlərində ABŞ Federal Ehtiyat Sisteminin faiz dərəcəsini 5 faizə qədər artıra biləcəyini bildiriblər.

İqtisadçılar "Fed sentyabr ayında üçüncü dəfə faiz dərəcələrini 75 baz bənd artırdı. Üst faiz bandı yüzdə 3,25, bu nisbət 2023-cü ilin ilk rübündə yüzdə 5-ə yüksələ bilər"-deyə qeyd edib.

İqtisadçılar növbəti iclasda 75 baza bəndi artım gözlədiklərini bildiriblər.

"ABŞ-da 2023-cü ilin ilk yarısında tənəzzül gözlənilsə də, FED davamlı inflyasiya səbəbindən faiz dərəcələrini sürətlə endirməkdən çəkinəcək. Biz 2023-cü ilin sonuna qədər uçot dərəcəsinin endirilməsini gözləmirik", - deyə məlumatda qeyd olunub.

Müəllif: Aynur Qəniyeva