BANK

13 Oktyabr

İngiltərə Mərkəzi Bankı rəsmisindən faiz açıqlaması

İngiltərə Bankının (BoE) Pul Siyasəti Komitəsinin Üzvü Ketrin Mann, faiz artımının əvvəlcədən pronozlaşdırılması ilə bağlı vəziyyəti açıqlayıb. 
"Fins.az" xəbər verir ki, İngiltərə Bankının (BoE) Pul Siyasəti Komitəsinin Üzvü Ketrin Man, xüsusilə inflyasiya gözləntilərinin artdığı bir vaxtda faiz artımı üçün güclü bir vəziyyət olduğunu açıqlayıb.

Kanada İş İqtisadiyyatı Dərnəyinin ev sahibliyi etdiyi bir tədbirdə çıxış edən  Mann, keçən ay İngiltərə parlamentinə verdiyi hesabata istinad edərək dedi: "İnflyasiya gözləntilərinin dəyişkənliyi və məlumat qeyri-müəyyənli açıq şəkildə özünü göstərdiyi mühitlərdə, əvvəlcədən proqnozlaşdırma siyasəti inflyasiya prosesinə təsir göstərir.

“Eyni zamanda, inflyasiya gözləntilərinə təsir etmək bizi daha az mübadilə mühitinə salır”-,deyə bildirən Mann İngiltərədəki bazar vəziyyətini şərh etməyib.

Müəllif: Aynur Qəniyeva