BANK

12 Oktyabr

BofA: Varlı Amerikalı gənclər alternativ investisiya vasitələrinə müraciət edir

Bank of America-nın(BoFA) sorğusu göstərir ki, varlı amerikalı gənclər fond bazarına inamını itirib və öz gələcəkləri üçün getdikcə daha çox alternativ investisiya vasitələrinə üz tuturlar.
"Fins.az" xəbər verir ki, BofA-nın 21-42 yaş arasında ən azı 3 milyon dollar aktivi olan 1052 insan arasında apardığı sorğu göstərib ki, respondentlərin dörddə biri öz portfellərində səhmlərə sahibdir.

Məlumata görə, aktivləri idarə edənlər əvvəllər gənc investorlara səhmləri tövsiyə edirdilər. SP 500 Birjası açıldığı 1957-ci ildən 2021-ci ilin sonuna qədər orta illik 12 faiz gəlir əldə edib.Yüksək inflyasiya və bazar dəyişkənliyi səbəbindən indeks ilin əvvəlindən 24% aşağı düşüb.

Varlı gənc amerikalılar bu yaxınlarda fond bazarından çox kriptovalyuta, daşınmaz əmlak və vençur kapitalı investisiyalarına diqqət ayırdıqlarını müşahidə edilir. Sorğuya görə, investorların 15 %-inin portfelində rəqəmsal valyuta var, sorğuda iştirak edən və daha yaşlıların yalnız 2%-nin portfelində kriptovalyutata yer verilib. 

Bank of America Private Bank-ın rəsmisi Jeff Busconi, "Səhmlərə olan inamın itməsi onu göstərir ki, o, ənənəvi səhm və istiqraz portfellərinin ortadan yuxarı gəlir təmin etməyəcəyini düşünür. Səhmlər son 10 ildə çox güclü performans göstərib. və indi biz qeyri-sabit dövrlərdən keçirik, insanlar da bu barədə düşünür, hərəkət edir”,-deyə qeyd edib. 

Müəllif: Aynur Qəniyeva