Rusiya Bankı 11 oktyabr 2022-ci il tarixinə dolların rəsmi məzənnəsini 62,3126 rubl səviyyəsində müəyyən edib ki, bu da əvvəlki göstəricidən 1,065 rubl yüksəkdir.
"Fins.az" xəbər verir ki, avronun rəsmi məzənnəsi 82,63 qəpik artaraq 60,8019 rubl olub.
Moskva vaxtı ilə saat 16:11-ə olan məlumata görə, Moskva birjasında valyuta ticarəti zamanı dolların məzənnəsi 3% artaraq 62,83 rubla, avronun məzənnəsi 2,7% artaraq 61,52 rubla çatıb.
Bununla yanaşı, Moskva birjasının indeksi 2,28% - 1 900,44 bənd, RTS dolları indeksi 5,14% azalaraq 953,41 bənd təşkil edib.
Müəllif: Aynur Qəniyeva