Daha çox tanış olan valyutalarda - ABŞ dolları, avro, İsveçrə frankı və Britaniya funt sterlinqində aktivlərin bloklanması ehtimalı səbəbindən Rusiyada yuanla ticarət həcmi və yığım (depozitlər) artmaqda davam edir.
"Fins.az" xəbər verir ki, ekspertlərin açıqlamasına görə yuanda vəsait saxlamaq riskləri də mövcuddur.
Avqust ayında Moskva birjasında yuanın gündəlik ticarət həcmi ilk dəfə olaraq dolları ötüb. Hazırda bu tendensiya daimi xarakter alır. "FG Finam"ın analitiki Andrey Maslov bildirib ki, “Yuanla ticarət Çin tədarükünün artması ilə, eləcə də Rusiyada dolların investorlar üçün bu və ya digər formada qeyri-likvid ola biləcəyi gözləntiləri fonunda artmağa davam edir”.
Çin valyutası daxili bazarda maliyyə alətlərinin sayının artması ilə daha da populyarlaşır. Belə ki, Moskva Birjası yuan indeksini işə salmağı planlaşdırır, yuanla depozitlər populyarlıq qazanır, Rusiya şirkətləri yuanla istiqraz buraxmağa başlayıb.
Mütəxəssislərin fikrincə, pərakəndə investor üçün vəsaitlərin dollar və avrodan yuana köçürülməsi məntiqli qərar kimi görünür, çünki bu, aktivlərin bloklanması təhlükəsini aradan qaldırır. Bununla yanaşı, yuanda da müəyyən risklər daşıyır.