BANK

10 Oktyabr

"Bank Melli İran" Bakı filialının mənfəəti artsa da zərərdən çıxa bilməyib -HESABAT

"Bank Melli İran" Bakı filialının 2022-ci ilin 3-cü rübündə cəmi aktivləri  91 milyon 225 min 135.51 manat təşkil edib ki, bu da ötən ilin  sonuna olan göstəricilərlə müqaisədə 4 milyon 384 min 215,14 manat yaxud 4.8% azdır. 

"Fins.az"  "Bank Melli İran" Bakı filialının  2022-ci ilin 3-cü rübünə dair maliyyə göstəricilərinə istinadən xəbər verir ki, bankın  öhtəlikləri ötən ilin dekbar ayının sonuna  nisbətdə 3 milyon 26 min 994,58 manat  və ya 5.5% artaraq 54 milyon 449 min 25.59 manat təşkil edib.

Bankın hesabat dövründə cəmi kapitalı hesabat dövründə ötən ilin sonuna nisbətən 1 milyon 357 min 220,56 manat artaraq 36 milyon 776 min 109.92 manata çatıb. 

Filialın xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə xərcləri 229,9 min manat, haqq və komissiya xərcləri 80,1 min manat, inzibati xərcləri isə 1,320 milyon manata bərabər olub.

"Bank Melli İran" Bakı filialının  2022-ci ilin 3-cü rübünüə olan maliyyə göstəricilərinə görə zərəri 1 milyon 357 min 220,54 manat və ya 3.6% azalaraq 36 milyon 835 min 61.52 min manat təşkil edib Bankın faiz gəlirləri ötən ilin müvafiq dövrünə nisbətdə 278,278 min manat artaraq 2 milyon 557 min 831.51 manat təşkil edib. 

"Bank Melli İran" Bakı filialıının xalis mənfəəti ötən ilin müvafiq dövrünün göstəricilərinə nisbətdə  373 min 365.92 manat və ya 40,8% artaraq 1 milyon 357 min 220.56 manat təşkil edib. 

Müəllif:Aynur Qəniyeva